Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib

Siyasət
Bu gün, 13:30
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.


Bu barədə Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.


Bildirilib ki, 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə mayın 3-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.


Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.


Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.


10:12


Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.


Bu barədə Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.


Qeyd olunur ki, 8 vaqon gübrə Ermənistana göndəriləcək.


Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.


Qeyd edək ki, aprelin 30-da Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan 7 vaqondan ibarət yük qatarı göndərilib.


Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.