Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Siyasət / Sosial
Bu gün, 13:59

Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Fəxri xiyabanı ziyarət edib.
Mümayəndə heyətinin üzvləri xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər qoyublar.