Ramiz Mehdiyevdən adının siyahıdan çıxarılmasına münasibət: "Özbaşınalıqdır"

Sosial
20-07-2023, 13:20
Ramiz Mehdiyevdən adının siyahıdan çıxarılmasına münasibət: "Özbaşınalıqdır"

"Mənim adımın Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentləri siyahısından çıxarılması düzgün deyil. Hesab edirəm ki, bu, özbaşınalıqdır".

Bunu "Unikal"a açıqlamasında AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev deyib.

"Onların bunu etməyə ixtiyarı yoxdur. Bu, qanun pozuntusudur", - deyə o əlavə edib.

Qeyd edək ki, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin adı akademiyanın saytında sabiq prezidentlərin siyahısından çıxarılmışdı.