Dr Mirəzim Zaidovun növbəti uğuru

Sosial
25-07-2023, 11:53
Dr Mirəzim Zaidovun növbəti uğuru


Şad xəbərimiz də var. İsveçrənin Montrö Universitetinin fəxri professoru,Estetik,Plastik,rekonstruktiv cərrah,Psixologiya üzrə fəsəfə doktoru Mirəzim Zaidov,  Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları  Beynəlxalq Elmlər Akademiyasının  Elmi şurasının  qərarı ilə  akademiyanın  həqiqi üzvü seçilib,  fəxri professor elmi dərəcəsinə layiq görülüb. DR.Mirəzim Zaidov  türk dünyası tibbinə göstərdiyi böyük xidmətlərə və Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafındakı,  uğurlu fəaliyyətinə görə  Akademiyanın qızıl medalı ilə təltif  olunub. 
Eyni zamanda böyük tibbi xidmətlərinə görə Mirəzim Zaidov Türk dünyası araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının  təqdimatı ilə Almaniyanın Hanover şəhərində fəaliyyət göstərən  Avropa Təbiət Elmləri Akademiyası rəyasət heyətinin qərarı ilə Hippokrat Ordeni ilə təltiif edilib.