24 nəfərin nəşi bu gün Bakıya gətirilir

Sosial
28-12-2024, 19:20
24 nəfərin nəşi bu gün Bakıya gətirilir
AZAL-ın "Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi Bakıya gətirilir.

Cənazələr yaxın vaxtlarda Bakıya AZAL-a məxsus təyyarə ilə çatacaq.

Qeyd edək ki, dekabrın 25-də baş vermiş qəzada hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.  Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.