Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini Əminağa Sadıqov icra edəcək
Sosial
12-02-2025, 17:16

Sumqayıt Dövlət Universitetinə rektor vəzifəsini icra edən təyin olunub
XeberEkspress.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov gətirilib.
O, universitetin kollektivinə təqdim edilib.
Qeyd edək ki, Fevralın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilərək, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin olunub. O, 2023-cü ildən Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsində çalışırdı.