ETX-yə yeni mətbuat katibi təyin olundu
Sosial
2-09-2025, 19:30

Jurnalist Elnarə Baxış Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) mətbuat katibi təyin olunub.
Bu barədə “Qafqazinfo”ya E.Baxış özü məlumat verib.
Qeyd edək ki, o bu təyinata qədər TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.