Şəhid ailələrinin Şuşa gəzintisi.

Sosial
13-07-2025, 16:02
Şəhid ailələrinin Şuşa  gəzintisi.

Azərbaycan  Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025- cü ildə elan etdiyi Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı  Qadınlarına Sosial Yardım İctimai Birliyidir.  Agentliyin maliyyələşdirdiyi “Şəhid anaları ilə iş” adlı layihənin icrası  məqsədi ilə  13iyun  2025-ci il tarixində  saat 4-00 da Bakıdan Şuşaya doğru hərəkətə başlanaraq şəhid ailələrinin Şuşa gəzintisi başlandı. Günorta saat 13-00 da Şuşa şəhərinə çatdır. 3 saat müdətində Şuşa gəzintisindən sonra Xankəndi şəhərinə getdildi. Xankəndi şəhərində əvvəlcədən danışdığımız rüestoranda yemək yeyildi. Yemək süfrəsi arxasında  şəhid ailələrimiz xatirələrini bölüşdülər. Yeməkdən sonra  Xankəndi gəzintisi başlandı və Axşamüsta saat 18-00 da Bakıya yola düşdük  Gəzinti zamanı  Foto video çəkilişlər aparılaraq sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edildi.  Gəzintidə layihə iştirakçıları və birliyin bir neçə üzvü də iştirak etdilər.
Layihənin növbəti  və son tədbirlərinin bir hissəsi işğaldan azad edilmiş  digər ərazilərimizdə keçiriləcək.


Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas