Gənc yazar Vəkillər Kollegiyasının keçirdiyi müsabiqədə sertfikata layiq görüldü-FOTO

Sosial
22-01-2026, 12:29

Gənc yazar Vəkillər Kollegiyasının keçirdiyi müsabiqədə sertfikata layiq görüldü. 
Gənc yazar, 8 kitab müəllifi, AJB və AYB üzvü, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ictimai müxbiri  Sevindik Nəsiboğlu  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının  Vətən müharibəsinin beşinci ildönümünə həsr etdiyi  “Qalib Azərbaycan!” - IV Vəkil bədii yaradıcılıq müsabiqəsində üçüncü  yerə layiq görülmüş və Vəkillər Kollegiyası Rəyasət Heyətinin 05 noyabr 2025-ci il tarixli qərarına əsasən sertifikatla təltif olunmuşdur. Onu da qeyd edək ki, Sevindik Nəsiboğlu vəkillər və vəkillərin ailə üzvlərinin iştirak etdiyi bu müsabiqəyə Vətən müharibəsi şəhidi Şirxan İsmixan oğlu Quliyevə həsr etdiyi “Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi” adlı hekayəsi ilə qatılmış və təltif olunmuşdur.
27 dekabr 2025-ci ildə “Hilton” mehmanxanasında Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Vəkil Günü peşə bayramı münasibətilə keçirilən təntənəli andiçmə və təltifetmə mərasimində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən   Sevindik Nəsiboğluna sertifikat və   üzərində Vəkillər Kollegiyasının emblemi həkk edilmiş qiymətli hədiyyə  təqdim olunmuşdur. 
Gənc yazar isə müəllifi olduğu “Ulu Öndərin işığında” və “Suverenliyimizi təmin edənlər” adlı kitablarını Anar Bağırova hədiyyə etmiş və xatirə şəkilləri çəkilmişdir. Tədbirdə çıxış edən Anar Bağırov gənc yazara gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzu etmişdir.


 
Yeganə Telmanqızı
AJB-nin üzvü, "Qızıl Qələm", "İti Qələm" media mükafatçısı