Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək
Sosial
Bu gün, 16:30

İyulun 3-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun MəmmədovLerik Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə nazirlik məlumat yayıb.
Qəbulda iştirak etmək istəyən bu rayonların sakinləri DAİM-ə (051-512-57-88) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.