İsmayıllıda şəhid ailələri ziyarət olunub
Sosial
30-09-2024, 11:53

27 Sentyabr – Anım Günü ərəfəsində İsmayıllı rayonunda şəhid ailələri ziyarət olunub.
İsmayıllı Bələdiyyəsi və “İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən ziyarətlərdə birliyin sədri Şahməmməd Dağlaroğlu da iştirak edib.
Görüşlər zamanı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların qəhrəmanlıq yolundan danışılıb. Bildirilib ki, şəhidlərimizin göstərdikləri şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər üçün örnək olacaq.
Ziyarət zamanı şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanılıb, onlara mənəvi dəstək ifadə olunub. Şəhidlərin əziz xatirəsinin daim uca tutulduğu vurğulanaraq, onların qəhrəmanlığının heç vaxt unudulmayacağı qeyd edilib.
Şəhid ailələri göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər.
Mehman Allahverdiyev
İsmayıllı Bələdiyyəsinin əməkdaşı