Sosial - Xeberekspress.az
Zelenski: Döyüşdə irəliləyiş əldə etməyən Rusiya Ukraynanın vacib infrastrukturuna hücumlarını artırır
Döyüş meydanında irəliləyiş əldə etməyən Rusiya Ukraynanın vacib infrastrukturuna hücumlarını artırır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 26-da Kiyevdə Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları hücumlarını enerji, logistika, su təchizatı və nəqliyyat infrastrukturuna, xüsusən də dəmir yolu qurğularına və körpülərə yönəldir:
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 27-də Bakıda gecə və səhər arabir duman olacaq.
Eyni zamanda mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 16-20° isti olacaq, atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət isə gecə 70-75%, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Superliqada çempionluq derbisi: "Qalatasaray" "Fənərbağça"nı qəbul edir
Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.
XXXI turda "Qalatasaray" "Fənərbağça"nı qəbul edəcək.
"Rams Park" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir - Muxtar Babayev
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qazaxıstanın Astana şəhərində keçirilən Regional Ekoloji Sammit (RES 2026) çərçivəsində erkən xəbərdarlıq və fəlakət riskinin azaldılması üzrə yüksək səviyyəli sessiyaya qatılıb.
M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Qazaxıstanın Astana şəhərində keçirilən "RES 2026"da erkən xəbərdarlıq və fəlakət riskinin azaldılması üzrə yüksək səviyyəli sessiyaya qoşuldum", - o bildirib və əlavə edib ki, ekstremal hava hadisələri qısa, orta və uzunmüddətli perspektivlərdə getdikcə daha çox əsas risk kimi müəyyən olunur:
"Eyni zamanda iqlim riskləri sürətlənməkdə davam edir - artan temperaturlar, şiddətlənən ekstremal hallar və sürətli buzlaq itkisi daşqınlara, quraqlıqlara və digər təhlükələrə məruzqalma riskini artırır".
M. Babayev vurğulayıb ki, bu, artıq Mərkəzi Asiyada müşahidə olunur. "Buzlaqların geri çəkilməsi yeni risklər, o cümlədən həm dağ, həm də çayların aşağı axarında yerləşən icmalar üçün fəsadlar törədən buzlaq göllərinin daşması nəticəsində daşqınlar yaradır", - Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi qabardıb.
Onun sözlərinə görə, Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin və iqlim risklərinin monitorinqinin gücləndirilməsi istiqamətində işlər davam edir: "COP29-da ilk Milli Adaptasiya Planının təqdim edilməsi riskləri daha sistemli şəkildə formalaşdırmağa və cavab tədbirlərini istiqamətləndirməyə kömək edərək bu istiqamətə əlavə təkan verir.
Eyni zamanda, adaptasiya səylərinin genişləndirilməsindən tutmuş itki və zərər üçün dəstəyin işlək vəziyyətə gətirilməsinə qədər COP-un son nəticələri diqqəti tədricən icraya doğru yönləndirir".
Bu gün Azərbaycan derbisi olacaq
Misli Premyer Liqasında 29-сu turun oyunları keçirilir.
Bu gün daha 2 oyun baş tutacaq.
Əvvəlcə, “Şamaxı” “Kəpəz”i qəbul edəcək. Mərkəzi oyun isə “Neftçi” ilə “Qarabağ” arasında olacaq.
Misli Premyer Liqası
29-cu tur
26 aprel
“Şamaxı” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Şamaxı şəhər stadionu,
16:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov.
Tədbirdə atəş açan şəxsin kimliyi - Açıqlandı
ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
O Kaliforniyanın cənub-qərb ətraflarında yaşayan 31 yaşlı Kol Tomas Allendir.
Məlumata görə, həmin şəxs polis nəzarətindədir.
İmtahan günüdür
Bu gün 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.
Dövlət İmtahan Mərkəzindən (DİM)  verilən məlumata görə, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.
Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 41 71 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5 197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.
Qeyd edək ki, imtahan Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək.
Əraqçi Pakistanı tərk etdi
İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın paytaxtı İslamabadda keçirdiyi görüşlərdən sonra şənbə axşamı ölkəni tərk edib.
Bunu müzakirələrdən xəbərdar olan İran mənbələri CNN-ə bildiriblər.
Qeyd edilib ki, Əraqçi səfəri çərçivəsində mümkün atəşkəs məsələlərini müzakirə edib və regiondakı əsas müttəfiqlərlə məsləhətləşmələr aparıb.
Əraqçi cümə axşamı İslamabada gələrək Pakistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən, Baş nazir Şahbaz Şərif və Tehranla Vaşinqton arasında əsas vasitəçilərdən biri hesab olunan ordu rəisi, feldmarşal Asim Munirlə görüşüb.
Məlumata görə, Pakistan tərəfi aprelin əvvəlində aparılan uzun müzakirələrin nəticəsiz qalmasından sonra ABŞ və İran rəsmiləri arasında danışıqların ikinci mərhələsini təşkil etməyə çalışır. Həmin müzakirələr münaqişə tərəfləri arasında ən çətin diplomatik maneələri aradan qaldıra bilməyib.
Anar Hümbətov Daşkənddə konkur üzrə beynəlxalq yarışda iştirak edib
"Elite" Atçılıq Klubunun yetirməsi Anar Hümbətov Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş konkur üzrə Mantena Kubokunda iştirak edib.
Azərbaycan Respublikası Atçılıq Federasiyası xəbər verir ki, Beynəlxalq Atçılıq Federasiyasının təqvim planına daxil olan bu turnirdə idmançımız "Aqat" ləqəbli atla mübarizə aparıb.
O, hündürlüyü 110 sm olan maneələri dəf etmək yarışlarında 5-ci yeri tutub. Hündürlüyü 115 sm olan maneələrin dəf olunmasında isə A.Hümbətov 6-cı olub.
Qeyd edək ki, turnirdə 9 ölkəni təmsil edən 10 idmançı mübarizə aparıb. Ən
Bakıda İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsi anılıb
Bakıda Yasamal qəbiristanlığında İkinci Dünya müharibəsi iştirakçılarının memorial məzarlığı önündə faşizm üzərində Qələbə Gününün ildönümünə həsr olunmuş xatirə aksiyası keçirilib.
Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, diplomatik missiyanın əməkdaşları, Azərbaycan Rus İcmasının, ictimai təşkilatların nümayəndələri və paytaxt sakinləri iştirak ediblər.
Aksiya iştirakçıları İkinci Dünya müharibəsinin iştirakçısı olan 200 hərbi qulluqçunun dəfn edildiyi memorialın önünə güllər düzüblər.
"Azərbaycan üçün İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsi müqəddəsdir. Xalqımız cəbhədə mərdlik, arxa cəbhədə isə fədakarlıq nümayiş etdirərək müharibənin ən ağır sınaqlarından şərəflə keçib. Yüzminlərlə azərbaycanlı Vətəni müdafiə etməyə yollanıb, minlərlə insan dinc gələcək uğrunda canından keçib, Bakı nefti isə qələbənin strateji dayağına çevrilib", - Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina bildirib
O, tarixi yaddaşın qorunub saxlanılmasında dövlətin rolunu qeyd edib: "Bu gün prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə veteranların, müharibə qəhrəmanlarının xatirəsi və tarixi həqiqət ardıcıl olaraq qorunub saxlanılır. Qələbə irsinə qayğı, yaşlı nəslə hörmət və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin mühüm hissəsi olaraq qalır".