Cəlilabadda icra hakimiyyətində YENİ KADR TƏYİNATI...

Bölgə
3-02-2022, 09:19
Cəlilabadda icra hakimiyyətində YENİ KADR TƏYİNATI...
Cəlilabad Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. 

Xeberekspress.az  Bizim.Media-ya istinadla xəbər verir ki, icra başçısı Rafiq Cəlilovun müvafiq sərəncamı ilə Şükürov Nazim Səyyadxan oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Nazim Şükürov 7 yanvar 1967-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir, üç övladı var.

Rus və ingilis dillərini bilir. İqtisad üzrə fəlsəfə doktorudur.