Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi bağlandı
Bölgə
26-08-2023, 22:08

Yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanıb.
Bu barədə FHN-dən bildirilib.
Hazırda aidiyyəti dövlət qurumları tərəfindən koordinasiyalı şəkildə müvafiq zəruri tədbirlər görülür.
Əlavə məlumat veriləcək.