Sumqayıt Tibb Mərkəzinin direktoru vətəndaşları qəbul edib
Sosial
Dünən, 17:11

Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib.
STM-dən Aztibb.az-a verilən xəbərə görə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyulan tapşırıqların icrası məqsədilə keçirilən qəbul prosesində STM-nin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Müayinə, müalicə və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.
Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib