İran ABŞ-ı təhdid etdi: Tankerlərimizə hücum...
Dünya
18-05-2020, 15:06
ABŞ Venesuelaya yanacaq tədarük edən İran tankerlərinə qarşı provokasiyadan yayınmalıdır.
Xeberekspress.az xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii deyib.
O, Tehranın təhdidlərə fərqli cavab variantlarının olduğunu bildirib:
"Tankerlərin göndərilməsi Venesuela hökumətinin sorğusu əsasında gerçəkləşdirilir. Hələlik cavab haqqında danışmaq tezdir, amma bizim bütün variantlarımız masadadır. Ümid edirəm ki, amerikalılar səhvdən qaça biləcək”.
