Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq

Misli Premyer Liqasının V turunda bu gün daha iki görüş baş tutacaq.
İlk matçında "Kəpəz" doğma meydanda "Qəbələ"ni qəbul edəcək.
"Qəbələ" 4 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 3 xala malik Gəncə klubu isə doqquzuncudur.
Günün son matçında isə "Şamaxı" səfərdə "Sumqayıt"ın qonağı olacaq.
"Şamaxı" 5 xalla altıncı yerdədir. Heç bir xalı olmayan "Sumqayıt" isə sonuncu - 12-cidir.
12 sentyabr
Misli Premyer Liqası
I dövrə, V tur
17:30. "Kəpəz" – "Qəbələ"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev
Gəncə stadionu
19:45. "Sumqayıt" – "Şamaxı"
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov.
VAR: Vüqar Həsənli.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"SOCAR Polymer Arena"
Qeyd edək ki, ötən gün baş tutan turun açılış oyununda "Neftçi" "İmişli"ni 3:2 hesabı ilə məğlub edib. Tura sentyabrın 14-də yekun vurulacaq.