ABŞ Prezidentinin qondarma “erməni soyqırımı”məsələsinə münasibəti
Belə ki,Co Bayden "erməni soyqırımı”ifadəsi ilə öz adını tarixin qara səhifəsinə yazmağı bacardı.Lakin bütün ölkələr,dövlət və Hökümət rəhbərləri bilməlidirlər ki,başqa dövlətlərin ərazisini işğal etmək yolu ilə "Böyük Ermənistan "yaratmaq erməni siyasətinin ən avantürist niyyətidir.Bu gün dünya ictimaiyyətinə artıq məlumdur ki,ermənilərin uydurduqları bütün yalanların məqsədi nədir və onlar nə istəyirlər.
Bu baxımdan ABŞ Prezidenti Co Baydenin də bunu anlamsı bütün tərəflərin ilk növbədə ABŞ-ın özü üçün faydalı olardı.Co Baydenin qondarma "erməni soyqırımı” ifadəsi işlətməsi həm onun özünü həm də ABŞın əslində hansı maraqlı qüvvələrin əlində alətə çevrildiyini göstərir.Bir qrup ermənin və ya ermənipərəst qüvvələrin girovuna çevrilmək onların əlində oyuncaq olmaq isə nə ABŞ-na nə də özünə hörmət edən heç bir prezidentə yaraşmaz.
Prezident Baydenin 1915-ci il hadisələrindən 106 il sonra indiyədək ABŞ dövlət başçılarından haqlı olaraq dilə gətirmədiyi qondarma "erməni soyqırımı”ifadəsini işlətməsi belə bir sualın gündəmə gətirməsinə əsas yaradır.106- il öncə olmamış bir hadisə barədə danışan Bayden nə üçün 30-il öncə törədilmiş Xocalı Soyqırımını tanımır,2020-ci ildə kasetli bombalarla onlarla insanın qətlə yetirildiyi Gəncə,Bərdə,Tərtər terrorları haqqında danışılmır.Bu da bir daha ABŞ-nın dövlət siyasətində ikili standartlarına işarədir.
Hörmətli Prezidentimiz Cənab İlham Əliyev CO Baydenin bəyanətini qınadı və onu tarixi bir səhv adlandırdı və Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bəyan etdi.
Mən də bir vətəndaş kimi papulizm olan bir ifadəni rədd edir,belə gülünc saxtalaşdırılmış,təhrif olunmuş tarixi faktları təkzib edirəm.
Ulu öndərimiz Heydər Əliyevin təbiri ilə desək,bir millər iki dövlət olan Azərbaycan-Türkiyə öz şanlı tarixi haqqında kimsədən dərs alan deyil.
Talıbova Gülnaz Yolçu qızı - Lürən kənd sakini
