Putinlə Lukaşenkonun 5 saatlıq görüşü bitdi - Yenilənib

Dünya
13-07-2021, 19:59
 
 

Putinlə Lukaşenkonun 5 saatlıq görüşü bitdi - Yenilənib

 

Bu gün Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında görüş keçiriləcək.

Xeberekspress.az "İzvestiya.ru”ya istinadən xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində baş tutacaq.

Tərəflər görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər.

 

Prezidentlər, həmçinin dünya gündəmində olan məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.

***

Sankt-Peterburqda Rusiya və Belarus Prezidentlərinin görüşü başlayıb. Görüş Konstantinov sarayında keçirilir.

***

Putinlə Lukaşenkonun Sankt-Peterburqda başlayan görüşü başa çatıb. Görüş 5 saat davam edib. Prezidentlər iqtisadiyyat, beynəlxalq münasibətlər sahəsində vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, bu, Putinlə Lukaşenkonun 2021-ci ildə 4-cü görüşüdür. Buna qədər onlar fevral, aprel və mayda görüşüblər. Bütün görüşlər Rusiyada baş tutub.