Türkiyə ordusu altı terrorçunu məhv etdi

Dünya
10-09-2021, 11:34

Türkiyə ordusu altı terrorçunu məhv etdi

 


Türkiyə İraqın şimalında PKK terror təşkilatının daha 6 terrorçusunu zərərsizləşdirib.

Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi öz tvitter hesabında paylaşıb.

Məlumata əsasən, terrorçular  "Pençe-Şimşek” əməliyyatlarının keçirildiyi bölgədə türkiyəli əsgərlər tərəfindən məhv edilib.