Türkiyədə kimya fabriki YANIR

Dünya
28-11-2022, 15:02
Türkiyədə kimya fabriki YANIR

Türkiyənin Denizli bölgəsində kimya fabrikində yanğın baş verib.
Xeberekspress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pamukkale şəhərində qeydə alınan hadisədə kimyəvi maddələrin təsirindən alov sürətlə bütün fabriki bürüyüb.

Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Yanğını söndürmək hələlik mümkün olmayıb.