Türkiyədə avtobus qəzaya düşdü - 5 ÖLÜ, 23 YARALI

Dünya
7-01-2023, 10:01
Türkiyədə avtobus qəzaya düşdü - 5 ÖLÜ, 23 YARALI

Türkiyənin Diyarbəkir vilayətində sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb. Hadisə yerli vaxtla saat 03:00 radələrində Diyarbəkir-Salavan yolunda baş verib.

Qəza nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Avtobus sürücüsü saxlanılıb. Araşdırmalar davam edir.