Rusiya bu bölgəyə hücumu təkrarlaya bilər

Dünya
3-01-2024, 09:00
Rusiya bu bölgəyə hücumu təkrarlaya bilər
Rusiya yaxın həftələrdə Çerniqov vilayətinə hücumunu təkrarlamaq üçün sərhədə kifayət qədər qoşun toplaya bilər.

Bunu Ukraynanın Çerniqov hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus deyib.

O qeyd edib ki, Rusiyanın müvafiq addımı düşmənin əslində hücuma keçəcəyi demək deyil:

"Bu, Çerniqov vilayətinin istehkamlarla nə qədər qorunacağından çox asılıdır".

Onun sözlərinə görə, Çerniqov vilayətinin müdafiəsi nə qədər güclü olarsa, rusların yenidən bölgəyə daxil olma ehtimalı bir o qədər az olacaq.