Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsindən azad edildi

Dünya
4-04-2024, 21:30
 
Şalva Lomidze Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsindən azad edilib.

Gürcüstan Baş naziri İrakli Kobaxidzenin Şalva Lomidzenin vəzifədən azad edilməsi haqqında sərəncamı hökumətin saytında dərc olunub.

Şalva Lomidze 2021-ci ilin aprelində o vaxtkı baş nazir İrakli Qaribaşvili tərəfindən Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib.

Keçmiş kəşfiyyat rəhbəri Levan İzoriya istefa verdikdən sonra 2020-ci ilin yanvar ayının sonundan Şalva Lomidze eyni idarənin rəhbəri vəzifəsini icra edib. Bundan əvvəl o, 2014-2020-ci illərdə həmin xidmətin rəis müavini vəzifəsini tutub.

Hökumət administrasiyası bildirib ki, Gürcüstan Kəşfiyyat Xidmətinin yeni rəhbəri kimin təyin ediləcəyi hələlik məlum deyil.