İran ABŞ-nin regiondakı hədəflərinə zərbələr endirib
Dünya
Bu gün, 11:00

İran Yaxın Şərqdəki ABŞ hədəflərinə hücum etməyə başlayıb.
Bu barədə Press TV məlumat yayıb.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İslam Respublikasının Hörmüz boğazında bir gəmiyə hücumlarına cavab olaraq İrana yeni zərbələr endirildiyini bildirib. İranın Bəndər Abbas, Sirik və Çabahar liman şəhərlərində, eləcə də Qeşm adasında, Buşehr əyalətinin bəzi yerlərində və Əsəluyədə partlayışlar baş verib.