Şəmkirdə partlayış: yaralanan var
Gündəm / Bölgə
4-01-2020, 14:37
Şəmkirdə qaz sobasının partlaması nəticəsində ev sahibi xəsarət alıb.
Belə ki, 1961-ci il təvəllüdlü Natiq Əsədov yaşadığı evdə sönmüş sobanı yandırmaq istəyərkən partlayış baş verib. Hadisə zamanı N.Əsədov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə rayonun Keçili kəndində baş verib.
