Suriyanın Homsdakı aviabazasına dronlardan raket zərbələri endirilib
Gündəm / Dünya
15-01-2020, 22:30
Suriyanın Homs əyalətindəki T4 hərbi hava limanına dronlar vasitəsilə raket zərbələri endirilib.
Yerli dövlət televiziyasının məlumatına görə, dron və bir sıra raket mərmiləri ordu tərəfindən zərərsizləşdirilib.
Lakin aviabazaya hücumun hansı qüvvələr tərəfindən təşkil edildiyi barədə məlumat verilməyib.
Xatırladaq ki, İsrail Suriyadakı İranın dəstəklədiyi qruplaşmaları dəfələrlə bombalayıb.
