Gələcək sizindi,Gələciyinizə səs verin!
Gündəm / Bölgə
20-01-2020, 09:02
Əzizov Əzizxan İman oğlu.1990 cı ilde Bakı şeherinde anadan olub
Hal-hazırda Sumqayıt Apelyasiya məhkəməsində məhkəmə iclas katibi vəzifəsində çalışıram.
Başlıca məqsədim əhalinin maddi və sosial rifahının yüksəldilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi yolunda addımlar atmaqdır.
Əziz Lənkaranlılar!
Hüquqşunas olmaq, xalqımızın hər bir çətinliklərinə kömək olmaq mənim ən böyük arzum olub. 09 fevral 2020-ci il tarixdə AR Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Sizlərin dəstəyi ilə seçiləcəyim halda qarşıya qoyduğum məqsədlərimin bir hissəsini nəzərinizə catdırmaq istəyirəm:
-Əhalinin maddi və sosial rifahının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi;
-İnsan və vətəndaş hüquqlarının qorunması, hüquq və azadlıqların pozulmasının qarşısının alınması, pozulmuş hüquq və azadlıqların bərpası istiqamətində addımlar atmaq;
-Təhsil sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, təhsilə nəzarətin gücləndirilməsi üçun təkliflər planı işləyib hazırlamaq;
-Aztəminatlı ailələrin, çoxuşaqlı ailələrin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması, işsizlərin işlə təmin olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi;
-Əhaliyə pulsuz tibbi xidmət göstərilməsi sahəsində, eləcə də müalicəyə ehtiyacı olan şəxslərə pulsuz tibbi xidmət göstərilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və s.
Əziz seçicilər!
Qeyd etdiklərim qarşıya qoyduğum məqsədlərin çox cüzi bir hissəsidir.
Sizin səsiniz Xalqımızın gələcyini həll edir.
Gələcək sizindir, gələcəyinizə səs verin!
Xeberekspress.az
