Vilayət Eyvazovdan yeni TƏYİNAT
Gündəm / Hadisə
23-01-2020, 19:40
Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinə yeni rəis təyin olunub.
Xeberekspress.az Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.
