Vilayət Eyvazov rəisi nöqsanlara görə işdən çıxardı
Gündəm / Bölgə
27-01-2020, 10:05
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi Ramin Bağırov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
O, sərəncama götürülüb.
