Bakı Limanında koronavirusla bağlı sanitar nəzarət gücləndirildi - FOTO

Gündəm / Hadisə
29-01-2020, 21:00
Bakı Limanında koronavirusla bağlı sanitar nəzarət gücləndirildi - FOTO
 
Bakı Beynəlxalq Dəniz Limanı (Bakı limanı) sanitar nəzarət gücləndirib.

Xeberekspress.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Limanından bildiriblər. Qeyd olunub ki, "Koronavirus - 2019-nCoV'" virusunun Çində yayılması xəbəri fonunda, Bakı Limanında sanitar nəzarət gücləndirilib:

"Sərnişinlərin və yüklərin daxil olma məntəqəsində Bakı Limanı və Dövlət Gömrük Komitəsi tərəfindən zəruri profilaktik tədbirlər görülür. Limana daxil olan sərnişinlər və yüklər xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır və daha sonra əraziyə buraxılışlarına icazə verilir. Əlavə olaraq Liman ərazisində daimi olaraq təcili tibbi yardım avtomobili fəaliyyət göstərir".