Bakıda müəllimə və qayınanasının qripdən ölməsi məktəbdə təşvişə səbəb olub

Gündəm / Hadisə
30-01-2020, 22:00
 Bakıda müəllimə və qayınanasının qripdən ölməsi məktəbdə təşvişə səbəb olub
 
249 saylı orta məktəbin təsviri incəsənət müəlliməsi Sərfi Namazova vəfat edib.

Bizimyol.info xəbər verir ki, bu barədə News24.az-a daxil olan məlumatda bildirilir ki, müəllimə qripdən dünyasını dəyişib. Məlumatda o da bildirilir ki, bir həftə öncə müəllimənin qayınanası da eyni diaqnozdan vəfat edib. Dünən onun 7 mərasimi keçirilib. Yayılan bu məlumat məktəbdə oxuyan şagirdlərin valideynlərini təşvişə salıb.

 
249 saylı məktəb

Deyilənlərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün TƏBİB və Bakı Şəhər üzrə Təhsil İdarəsinə sorğu ilə müraciət edilib. Sorğunun cavabı dərc olunacaq.