Lerik meşəsindəki yanğın söndürülüb

Gündəm / Bölgə
6-02-2020, 20:20
Lerik meşəsindəki yanğın söndürülüb
 

Bu gün Lerik rayonunun Vizəzəmin meşəbəyliyində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən saat 15 radələrində söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Xeberekspress.az-a verilən məlumata görə, yanğın zamanı 0,5 hektara yaxın ərazidə kol-kos və quru ot örtüyü yanıb.