Qubada baş verən yanğın söndürüldü

Gündəm / Bölgə
7-02-2020, 15:47
Qubada baş verən yanğın söndürüldü
 
Quba rayonu, Qarxun kəndində baş verən yanğın söndürülüb.

Bu barədə Quba Rayon Fövqəladə Hallar Komisiyyasından məlumat verib.

Qeyd olunub ki, yanğın zamanı 3 ev və 7 ailəyə məxsus ot tayası yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) alovun söndürülməsi üçün əraziyə göndərdiyi 2 helikopterin, o cümlədən əraziyə cəlb olunan Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsinin köməkliyi ilə yanğın söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, ucqar dağ kəndi olan Qarxun rayon mərkəzində 75 km aralıda yerləşir.