Badamdarda yenidən torpaq sürüşməsi olub

Gündəm / Hadisə
14-02-2020, 14:49

Badamdarda yenidən torpaq sürüşməsi olub

 

Badamdar sürüşmə kütləsində üzərində uçqunlar baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün sürüşmənin üzərində 50 metr enində torpaq kütləsi 20 metr irəliyə doğru sürüşüb.

Hazırda sürüşmə sahəsində gərginlik qalmaqdadır.