Məşhur iş adamının oğlu villada intihar etdi - FOTOLAR

Gündəm / Hadisə
26-02-2020, 12:31
 Məşhur iş adamının oğlu villada intihar etdi - FOTOLAR
 

Türkiyəli iş adamı Ali Armağanın 14 yaşlı oğlu A.A. İstanbuldakı özlərinə aid villada intihar edib.

Redaktor.az bildirir ki, hadisə dünən yerli vaxtla saat 13:00 radələrində baş verib.

Villadan silah səsi gəlib. Dərhal əraziyə təcili yardım maşınları cəlb olunub. Ali Armağanın 14 yaşlı oğlu A.A.-nın qan içində yerdə uzanıqlı olduğu aşkarlanıb.

İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil. 

Qeyd edək ki, Ali Armağan məşhur "PETLİNE" yanacaqdoldurma məntəqələrinin sahibidir.