Banka silahlı basqın edildi

Gündəm / Hadisə
2-03-2020, 17:00
 Banka silahlı basqın edildi
 

Tbilisidə "Liberty Bank”ın Diğomi rayonunda yerləşən filialına silahlı basqın olub. 

Silahlı şəxs filialdan pul oğurlasa da, məbləğ barədə hələlik məlumat yoxdur.

Filialın ofisində ekspert-kriminalistlər işləyirlər.

Faktla bağlı istintaq başlanılıb. Basqın edən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. // Report