Ərdoğan S-400-ün aktiv hala gətiriləcəyi tarixi AÇIQLADI

Gündəm / Dünya
6-03-2020, 21:59

Ərdoğan S-400-ün aktiv hala gətiriləcəyi tarixi AÇIQLADI

 

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan S-400 hava hücumundan müdafiə sistemlərini nə vaxt aktivləşdiriləcəyini açıqlayıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan aprel ayında S-400 hava hücumundan müdafiə sistemlərinin aktivləşdiriləcəyini bildirib:
 
"S-400 hazırda bizimdir, təlimlər davam etdirilir. S-400-ün əksər hissələrini almışıq, hamısı əlimizdədir. Aprel ayından etibarən aktiv hala gətiriləcək. ABŞ-a isə əvvəllər də demişəm əgər, bizə Patriot vermək istəsələr, satın ala bilərik".