İTV-də bədbəxt hadisə: 6-cı mərtəbədən yıxıldı

Gündəm / Hadisə
12-03-2020, 14:50

İTV-də bədbəxt hadisə: 6-cı mərtəbədən yıxıldı

 

İctimai Televiziyanın binasında bədbəxt hadisə baş verib.

İTV-dən Xeberekspress.az-a verilən məlumata görə, orada fəhlə işləyən şəxslərdən biri ehtiyatsızlıq ucbatından 6-cı mərtəbədən yıxılıb.

Məlumata görə, fəhlə binadakı sanitar qovşağın pəncərisini təmir edərkən yıxılıb.

1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən fəhlənin vəziyyəti ağırdır.