Azərbaycan - İran sərhədinin açılmasına dair vacib xəbər - RƏSMİ
Gündəm / Bölgə
12-03-2020, 17:50
Azərbaycan iranla sərhədin məhdudlaşdırıcı rejimlə fəaliyyətini 2 həftə də artırıb.
Xeberekspress.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərərgah məlumat yayıb.
"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilmiş İran İslam Respublikası ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılmışdır" - deyə məlumatda qeyd olunub.
