Azərbaycanda koronavirusdan ölənin dəfn qaydası açıqlandı
Gündəm / Hadisə
13-03-2020, 10:16
Ötən gün koronavirusdan ölən qadının dəfn mərasimi mütəxəssislərin nəzarəti altında keçiriləcək.
"Çox güman ki, mərasim qapalı və məhdud şəkildə olacaq. Mərhumun ailə üzvləri dəfndə hansısa şəkildə iştirak edə bilər, amma buraxılıb-buraxılmayacaqları barədə dəqiq məlumat yoxdur. Bu, mütəxəssislərin rəyindən asılıdır. Vəfat edən şəxs çox güman ki, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər mütəxəssislərin iştirak etdiyi xüsusi komissiyanın nəzarəti ilə dəfn olunacaq. Dəfn mərasimində vəziyyətə uyğun olaraq mütəxəssislərin rəyinə əməl olunmalıdır. Mərhumun nə vaxt dəfn olunması məsələsi isə qərargahın predmeti deyil”, - məlumatda qeyd olunub.
