Azərbaycanda 23 yaşlı qız burun əməliyyatı zamanı öldü
Gündəm / Hadisə / Bölgə
13-03-2020, 10:37
Qaxda 23 yaşlı qız əməliyyatda ölüb.
Xeberekspress.Az xəbər verir ki, hadisə Qax rayon Xəstəxanasında baş verib.
Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında LOR həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilib.
Qızın halı cərrahiyyə masasında qəflətən pisləşib və o, vəfat edib.
