Bütün dünyanın diqqəti ABŞ-dadır - Saat 23:00-da qərar veriləcək
Gündəm / Dünya
13-03-2020, 21:59
ABŞ prezidenti Donald Tramp koronavirusla bağlı təşkil olunan toplantıda fövqəladə vəziyyət elan edə bilər.
Xeberekspress.az məlumat verir ki, Tramp "Twitter" hesabından verdiyi açıqlamada bu gün saat 23:00-da Ağ Evdə koronavirusla bağlı mətbuat konfransı keçirəcəyini bildirib.
ABŞ-dan gələn yeni xəbərlərdə ölkədə 100 mindən çox insanın Covid-19 virusuna yoluxduğu iddia olunub.
Qeyd edək ki, dünyada koronavirus qurbanlarının ümumi sayı 4800-ü keçib.
