Sumqayıtda icra nümayəndəliyinin binası yandı

Gündəm / Hadisə
19-03-2020, 12:07
Sumqayıtda icra nümayəndəliyinin binası yandı
 
Sumqayıtda icra nümayəndəliyinin binasında yanğın olub.
 
Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 150 m² olan qəsəbə icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli, taxta konstruksiyalardan ibarət binanın tavanı və çardağı 80 m² sahədə yanıb.
 
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.