Putindən şok açıqlama - “Çar odur ki...”
Gündəm / Dünya
19-03-2020, 12:27
Rusiya Prezidenti Vladimir Putin çar adlandırılması ilə bağlı bəyanatlara münasibət bildirib.
Xeberekspress.az xəbər verir ki, TASS-ın "Vladimir Putinə 20 sual” layihəsi üçün verdiyi müsahibədə Rusiya dövlət başçısı hər gün işlədiyini və çarlıq etmədiyini bildirib.
"Bu, həqiqəti əks etdirmir... Mən ki hər gün işləyirəm, çarlıq etmirəm”, – Putin deyib.
V.Putin daha sonra əlavə edib:
"Çar odur ki, o oturur, yuxarıdan aşağı baxır və deyir: "Bax, əmr edirəm və bu əmrə uyğun olaraq nəsə edirlər”, özü isə ancaq şapkası üzərində çalışır və güzgüyə baxır”.
