Bu gün Türkiyədə koronavirusdan 107 nəfər ölüb
Gündəm / Dünya
14-04-2020, 21:37
Türkiyədə daha 107 nəfər pandemiyanın qurbanı olub.
Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat verib. Məlumata görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 403 nəfərə çatıb.
Ümumilikdə bu gün Türkiyədə 33 070 test keçirilib, 4 062 yeni yoluxma faktı aşkarlanıb. Yoluxanların ümumi sayı 65 111 nəfərdir.

