Brent neftinin qiyməti yenidən 30 dollardan aşağı düşdü – SON RƏQƏMLƏR
Gündəm / İqtisadiyyat
15-04-2020, 13:00
Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri bu gün 1,5% ucuzlaşaraq hazırda 1 barelə görə 29,1 dollar təşkil edir.
Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün 2,7 dollar ucuzlaşaraq 22,6 dollara düşüb.
Qeyd edək ki, aprel ayının 2-də "Azeri Light" markalı neft tarixi ərzində ən aşağı səviyyəyə düşərək 1 bareli 16,54 dollara satılıb. "Azeri Light" markalı neftinin qiyməti sonuncu dəfə 19 il əvvəl - 2001-ci ilin dekabr ayında ən aşağı səviyyəyə düşüb. 2001-ci ilin dekabr ayında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 19,15 dollar olub. "Azeri Light" (CIF) markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Maraqlıdır ki, ötən həftə "OPEC+” ölkələrinin may-iyun aylarında neftin hasilat səviyyəsini 23% azaldıması barədə əldə etdikləri razılaşma da neftin qiymətini yüksəltməyə kömək etməyib.
