Xırdalanda qohumlar arasında dava olub, bıçaqlanan var

Gündəm / Hadisə
22-04-2020, 12:27
Xırdalanda qohumlar arasında dava olub, bıçaqlanan var
 
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Qohumlar arasında baş verən davada 1988-ci il təvəllüdlü Murad Əsədov bıçaqlanıb. Yaralı ağır xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.