Neft yenidən ucuzlaşıb

Gündəm / İqtisadiyyat
27-04-2020, 09:45

Neft yenidən ucuzlaşıb

 

ICE London qitələrarası birjasında "Brent” markalı neftin dəyəri azalaraq, 1 barelə görə 20.78 dollar təşkil edib.

 

Bununla bağlı "İzvestiya” məlumat yayıb. 

Bildirilib ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 8 faiz azalaraq, 15,57 dollar olub.