Bu bankların bütün səlahiyyətləri əllərindən alındı - Mərkəzi Bankdan açıqlama

Gündəm / İqtisadiyyat
27-04-2020, 13:44

Bu bankların bütün səlahiyyətləri əllərindən alındı - Mərkəzi Bankdan açıqlama

 

Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə "Atabank” ASC, "AGBank” ASC, "NBCBank” ASC və "AmrahBank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunublar.

Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

 
Bu məsələ ilə bağlı əlavə məlumat təqdim olunacaq. ("Qafqazinfo")